Şüvəlan çimərliyində batma təhlükəsi ilə üzləşənlər xilas ediliblər

Cəmiyyət


Bakının Şüvəlan çimərliyində batma təhlükəsi ilə üzləşənlər xilas ediliblər.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan” sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub.

www.RESMIXEBER.az