Bakıda restoranda dava: İki ofisiant tutuldu

Cəmiyyət


Bakı şəhər Babək prospektində yerləşən şadlıq saraylarından birində işçilər arasında kütləvi dava olub.

“Qafqazinfo” xəbər verir ki, orada keçirilən toy məclisindən sonra 1985-ci il təvəllüdlü Murad Musayev bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb.

İlkin araşdırmalardan sonra hadisənin orada ofisiant işləyən Masallı sakinləri, 1993-cü il təvəllüdlü Zaur Əkbərov və qardaşı Əli tərəfindən törədilməsi müəyyən edilib. Onlar saxlanılıblar.

Faktla bağlı Nizami RPİ-nin 23-cü Polis Bölməsində araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir