XİN Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Baş səhifə

Azərbaycan XİN 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə sosial media hesablarında paylaşım edib.

Metbuat.az xəbər verir ki, paylaşımda deyilir:

“18 Oktyabr – Müstəqilliyin Bərpası Günü, xalqımızın azadlıq iradəsinin və dövlətçilik ənənələrimizin yenidən yüksəlişinin rəmzidir. Azərbaycan xalqının öz müstəqilliyini bərpa etməsinin 34-cü il dönümü münasibətilə bütün həmvətənlərimizi səmimi qəlbdən təbrik edir, Azərbaycanımıza əbədi müstəqillik və davamlı tərəqqi arzulayırıq”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.