“Vahid elektron arxiv” informasiya sistemi haqqında Əsasnamə” təsdiqlənib

Baş səhifə

Bakı. Trend:

“Vahid elektron arxiv” informasiya sistemi haqqında “Əsasnamə”
təsdiq edilib.

Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.




Qərara əsasən, Milli Arxiv İdarəsi “Vahid elektron arxiv”
informasiya sisteminin aparılması, fəaliyyətinin təşkili,
saxlanılması, ondan səmərəli istifadənin təmin edilməsi və inkişaf
etdirilməsi üçün zəruri tədbirlər görməlidir.

Milli Arxiv İdarəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə
birlikdə Sistemin “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin
və elektron xidmətlərin vahid reyestri”nə və fərdi məlumatların
informasiya sistemlərinin dövlət reyestrinə daxil edilməsi üçün
tədbirlər görməlidir.