Ukrayna Türkiyədən 70 ATACMS raketi ala bilər.

Baş səhifə

Bakı. Trend:

Ukrayna Türkiyədə yerləşən ümumi dəyəri 255,9 milyon dollar olan
köhnəlmiş Amerika silahlarını, o cümlədən reaktiv yaylım atəş
sistemləri (RYAS) və mərmiləri əldə edə bilər.

Bu barədə ABŞ Dövlət Departamentinin avqustun 6-da Konqresin
iclasları və fəaliyyəti haqqında jurnalda dərc olunan bildirişində
məlumat verilib.

Sənəddə qeyd olunur ki, Ankara Kiyevə 12 ədəd M270 MLRS RYAS
qurğusu, 2 524 ədəd M26 reaktiv kaset mərmisi, 47 min ədəd M509A1
artilleriya mərmisi və 70 ədəd M39 ATACMS ballistik raketi verə
bilər.




Məlumata görə, silahların Türkiyənin “MKE”, “ASFAT” və “ARCA
Savunma San. Tic.”, Bolqarıstanın “VTIC International Ltd.”,
həmçinin ABŞ-ın “Pansophico” və “Patriot Defense Group” özəl
şirkətləri vasitəsilə təhvil verilməsi planlaşdırılır.

ABŞ Dövlət Departamenti bildirib ki, “Amerika Birləşmiş Ştatları
hökuməti bu tədarükə icazə verməyə hazırdır”.