
Bakı. Trend:
“Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması”
mövzusunda AQEM Media Forumunun iştirakçıları Heydər Əliyev Mərkəzi
ilə tanış olublar.
Bu barədə Media və Yayım Şurasından məlumat verilib.
Bildirilib ki, ekskursiya zamanı qonaqlara müasir müstəqil
Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin zəngin
siyasi irsini, dövlətçilik fəaliyyətini, eləcə də ölkəmizin
ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında xidmətlərini
əks etdirən ekspozisiyalar barədəətraflı məlumat verilib.
İştirakçılar, həmçinin Mərkəzin fəaliyyəti, burada qorunan
zəngin tarixi-mədəni irs, Azərbaycan dövlətçilik tarixinin mühüm
mərhələləri, Heydər Əliyev Mərkəzinin memarlıqkonsepsiyası, eləcə
də Azərbaycan tarixini, mədəniyyətini və milli irsini təqdim
edənmüxtəlif sərgi və ekspozisiyalarla tanış olublar.

