Suriyanın Homs vilayətində sakinlərə hücuma görə 120 nəfər saxlanılıb

Baş səhifə

Suriyanın hüquq mühafizə orqanları Homs vilayətində sakinlərə qarşı son hücumlarda iştirak etməkdə şübhəli bilinən təxminən 120 nəfəri saxlayıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sözçüsü Nurəddin əl-Baba məlumat verib.

“Homsda mülki şəxslərə hücumlarda iştirak etməkdə şübhəli bilinən təxminən 120 nəfər saxlanılıb”, – o “Al Jazeera” telekanalına bildirib.

Qeyd edək ki, 23 noyabrda Suriya Daxili İşlər Nazirliyi, evli cütlüyün qətlindən sonra iğtişaşların qarşısını almaq üçün Homs şəhərində komendant saatı tətbiq edib.

Hüquq-mühafizə orqanları tərəfindən aparılan ilkin araşdırma cinayətin dini deyil, cinayətkar motivlərlə törədildiyini müəyyən edib.