Suriyada silahlı qruplaşmalara məxsus silah anbarına hava zərbələri endirilib

Baş səhifə

Bakı. Trend:

Ehtimala görə, İordaniya Hərbi Hava Qüvvələri tərəfindən
Suriyanın cənubundakı Əs-Suveyda vilayətində silahlı qruplaşmaların
qərargahına bir sıra hava zərbələri endirilib.

Trend-in məlumatına görə, bu barədə “Al Ekhbariya” televiziya
kanalı mənbələrə istinadən xəbər verib.




Məlumata əsasən, Şahba şəhərindəki silah və narkotik anbarına
zərbə endirilib. Əməliyyatla bağlı əlavə məlumat verilməyib.