
Bakı. Trend:
“Arsenal” yarımmüdafiəçi Deklan Rays ilə müqaviləsinin müddətini
uzatmaq üzərində işə başlayıb.
Bu barədə jurnalist Nikolo Skira məlumat yayıb.
London klubu ingiltərəli futbolçuya 2031-ci ilin yayına qədər
nəzərdə tutulan yeni saziş təklif etmək niyyətindədir.
Raysın “Arsenal” ilə qüvvədə olan sözləşməsi 2028-ci ilin 30
iyun tarixində başa çatır. Lakin “topçular”ın rəhbərliyi komandanın
əsas futbolçularından birinin gələcəyini əvvəlcədən təmin etmək
istəyir.
Son aylarda 27 yaşlı oyunçu Səudiyyə Ərəbistanı klublarından
birinin sərfəli təklifini rədd edib.
Qeyd edək ki, Deklan Rays 2023-cü ilin yayında 116,6 milyon
avro qarşılığında “Vest Hem”dən “Arsenal”a keçib. İngiltərə
millisinin üzvü cari mövsümdə 4 matç keçirib və 1 məhsuldar ötürmə
ilə yadda qalıb.

