Finlandiya Rusiya ilə sərhədində 200 kilometrlik hasarın tikintisini başa çatdırıb

Baş səhifə

Bakı. Trend:

Finlandiya Rusiya ilə sərhədində 200 kilometr uzunluğunda
hasarın tikintisini başa çatdırıb.

Bu barədə Finlandiya Sərhəd Mühafizəsi məlumat yayıb.

Bildirilib ki, 2024-cü ildə başlanılan layihənin ümumi dəyəri
365 milyon avro təşkil edib. İki il ərzində 4,5 metr hündürlüyündə
200 kilometrlik hasar, yol infrastrukturu və müşahidə sistemləri
inşa olunub.




Layihənin icrasında yüzlərlə Finlandiya şirkəti iştirak edib.
Tikinti işləri zamanı hər gün 600-dək işçi və 165 texnika cəlb
olunub.

Finlandiya Sərhəd Mühafizəsinin rəisi Markku Hassinen bildirib
ki, hasar sərhədə effektiv nəzarəti təmin etməyə, vəziyyət barədə
məlumatlılığı artırmağa və sərhəd patrullarının hərəkət imkanlarını
genişləndirməyə kömək edəcək.