Sudanda hərbi təyyarə qəzası: bütün ekipaj üzvləri ölüb

Baş səhifə

Bakı. Trend:

Sudanın Babanusa şəhərində hərbi-nəqliyyat təyyarəsi qəzaya
uğrayıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Sudan ordusunun 22-ci piyada
diviziyasının bəyanatında deyilir.




Təyyarənin sağ qanadında yaranan texniki nasazlıq səbəbindən
yerə çırpıldığı və bütün ekipaj üzvlərinin həlak olduğu qeyd
olunur.

Ordunun bəyanatında konkret itki sayı göstərilmir.