Şeffild Universitetində Azərbaycan Gəncləri Günü münasibətilə film nümayiş olunub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının
Şeffild Universitetində 2 Fevral – Azərbaycan Gəncləri Günü
münasibətilə “Əli və Nino” bədii filmi nümayiş olunub.

Trend xəbər
verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi, universitetin Azərbaycan Tələbə Cəmiyyətinin
təşəbbüsü ilə baş tutan tədbirdə azərbaycanlı və əcnəbi tələbələr
iştirak edib.

Cəmiyyətin rəhbəri Turanə Abdullayeva bildirib ki, filmin
nümayişində əsas məqsəd tələbələrdə ölkəmizin zəngin mədəni irsi,
tarixi və multikultural dəyərləri barədə daha dolğun təsəvvür
yaratmaqdır. Bu cür tədbirlərin gənclər arasında mədəni
maarifləndirməni gücləndirməklə yanaşı, fərqli mədəniyyətləri
anlamaq və qiymətləndirmək imkanı yaratdığını vurğulayıb.




Azərbaycan Tələbə Cəmiyyətinin bu təşəbbüsü milli-mədəni
dəyərlərin qorunması, təbliği və mədəniyyətlərarası dialoqun
inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda,
gənclərin şəbəkələşməsi onların fikir mübadiləsi aparmasına,
təcrübə paylaşmasına və gələcək əməkdaşlıqlar üçün əlaqələr
qurmasına imkan yaradır.

Qeyd edək ki, Birləşmiş Krallığın universitetlərində 10-dan çox
Azərbaycan Tələbə Cəmiyyəti fəaliyyət göstərir.