2026-cı ildə sambo üzrə dünya çempionatının keçiriləcəyi ölkə müəyyənləşib.
“Report” TASS-a istinadən xəbər verir ki, turnir Özbəkistanın Səmərqənd şəhərində təşkil olunacaq.
Azərbaycan təmsilçilərinin də qatıldığı hazırkı dünya çempionatı isə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilir.
Qeyd edək ki, yarışa noyabrın 9-da yekun vurulacaq.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

