
Avqust ayında Çinin avtomobil satışları 24% azalaraq 1,54 milyon ədədə düşüb.
Modern.az xəbər verir ki, bu barədə Çinin Sərnişin Avtomobilləri Assosiasiyası məlumat yayıb.
Çinin yüksək rəqabətli yerli avtomobil bazarı ötən ay istehsalçıların qiymət müharibələrindən qaçmaq və daşınmaz əmlak böhranının yaratdığı istehlaka təzyiqi azaltmaq üçün xarici bazarlara üz tutması ilə kəskin daralma yaşayıb. Çinin daxili bazarında ümumi avtomobil satışları ilin əvvəlindən bəri 20 faizdən çox azalıb.
(iqtisadiyyat)

