Bakı. Trend:
ABŞ hərbçiləri beş İran neft tankerini məhv edib. Bu barədə ABŞ
Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat
yayıb.
“CENTCOM qüvvələri sentyabrın 8-də İranın İslam İnqilabı
Keşikçiləri Korpusunun (SEPAH) son iki gün ərzində ABŞ Hərbi Dəniz
Qüvvələrinə məxsus gəmilərə iki dəfə ballistik raketlərlə hücum
etməsindən sonra beş İran neft tankerini məhv edib”, –
komandanlığın bəyanatında deyilir.
CENTCOM-un məlumatına görə, hücuma Oman körfəzində olan Kaviz,
Charminar, Horizon 1 və Riesco tankerləri, həmçinin Xark adası
yaxınlığında yerləşən Derya gəmisi məruz qalıb.
Bəyanatda qeyd olunur ki, sentyabrın 5-də də ABŞ hərbçiləri
İslam Respublikasına məxsus üç neft tankerini məhv edib.

