Zərdabda dəhşətli qəza: 5 nəfər yanaraq öldü 

Baş səhifə

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda olub.

Belə ki, “KİA” markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.

Hadisə nəticəsində 5 nəfər yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.