“Sabah” – “Qəbələ” matçında qalib müəyyənləşmədi – Azərbaycan Kuboku

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sabah”
və “Qəbələ” komandaları arasında keçirilən ilk oyun heç-heçə ilə
başa çatıb.

Trend-in
məlumatına görə, “Bank Respublika Arena”da baş tutan qarşılaşmada
tərəflər bir-birinə qol vura bilməyib və görüş 0:0 hesabı ilə
yekunlaşıb.




Cavab oyunu mart ayının əvvəlində keçiriləcək və yarımfinala
vəsiqənin sahibi həmin matçdan sonra bəlli olacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin əvvəlki oyununda “Sumqayıt”
və “Zirə” komandalarının qarşılaşmasında da hesab açılmayıb.
Fevralın 5-də isə bu mərhələ çərçivəsində “Şamaxı” – “Qarabağ” və
“Turan Tovuz” – “Kəpəz” oyunları keçiriləcək.