
Bakı. Trend:
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri son
bir neçə saat ərzində İrandan krallığın hava məkanına daxil olan
yeddi dronu vurub.
Trend-in
məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi
xəbər verib.
“Son saatlar ərzində ölkənin hava hücumundan müdafiə qüvvələri
İrandan atılan yeddi PUA-nı məhv edib”, – deyə qeyd olunub.
Nazirlik bildirib ki, bütün dronlar krallığın Şərq vilayəti
üzərindəki səmada vurulub.

