Səmərqənddə birinci Mərkəzi Asiya – Aİ parlamentlərarası sammiti keçiriləcək

Baş səhifə
Səmərqənddə birinci Mərkəzi Asiya - Aİ parlamentlərarası sammiti keçiriləcək

Özbəkistanın Səmərqənd şəhərində birinci Mərkəzi Asiya – Aİ parlamentlərarası sammiti keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov sosial şəbəkələrdə bildirib.

Tədbirə hazırlıq Almaniyada Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Eduard Stipraysla görüşdə müzakirə edilib.

“Qeyd etdik ki, Səmərqənd və Brüsseldəki sammitlər Özbəkistanla Aİ arasında strateji tərəfdaşlıqda yeni mərhələdir. Həmçinin Səmərqənddə birinci Mərkəzi Asiya – Aİ parlamentlərarası sammitinə hazırlığı nəzərdən keçirdik və Daşkənddə Avropa İnvestisiya Bankının regional nümayəndəliyinin açılmasını alqışladıq. Bu, investisiya əməkdaşlığının gücləndirilməsində mühüm mərhələdir”, – B.Saidov yazıb.