Şəkidə qoz ağacından yıxılan 65 yaşlı kişi ölüb.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Baş Layısqı kəndində baş verib.
Belə ki, kənd sakini 1960- cı il təvəllüdlü Şirinov Allahyar Hümbət oğlu qoz ağacından yıxılıb. O, xəstəxanaya yerləşdirilsə həyatını xilas etmək mümkün olmayıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

