Şəkidə canavarın hücumu nəticəsində 5 nəfər xəsarət alıb

Baş səhifə

Şəki rayonunun Bideyiz kəndi ərazisində canavarın hücumu nəticəsində bir neçə nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə dekabrın 20-si saat 23 radələrində baş verib. Kənd sakini olan müxtəlif yaş qruplarından olan 5 nəfərə canavar hücum edərək xəsarət yetirib.

Xəsarət alan şəxslər dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.