
Bakı. Trend:
Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn mayor Məmmədov
Anar Elşad oğlunun əziz xatirəsinə həsr olunmuş anım tədbiri
keçirilib.
Bu barədə Trend-ə Müdafiə
Nazirliyindən məlumat verilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində
keçirilən tədbirdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət
nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları və döyüş yoldaşları
iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən uğrunda
canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla
yad edilib, Dövlət himni səsləndirilib.
Tədbir iştirakçılarına mayor Anar Məmmədovun nümunəvi xidməti və
döyüş yolu haqqında ətraflı məlumat verilib.
Anım mərasimində çıxış edənlər şəhidimizin döyüşlərdə göstərdiyi
qəhrəmanlıq və şücaətlərindən söz açıblar.
Sonda şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və
qayğıya, həmçinin şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna
görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin
rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

