Rumıniyada minlərlə insan küçələrə axışıb: maaşların artımı tələb olunur

Baş səhifə

Bakı. Trend:

Rumıniyanın paytaxtı Buxarestdə minlərlə insan küçələrə axışaraq
etiraz aksiyası keçirir. Aksiya iştirakçıları hökumətin böyük büdcə
kəsirini azaltmaq məqsədilə həyata keçirdiyi sərt iqtisadi ölçülərə
etiraz edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Etirazçılar eyni zamanda hökumətdən maaşların artırılmasını,
inflyasiyanın cilovlanması üçün tədbirlər görülməsini və işçilər
üçün vergi güzəştlərinin tətbiqini tələb edib.




Aksiya onlarca peşəkar federasiyanı birləşdirən Milli Həmkarlar
İttifaqları Bloku tərəfindən təşkil edilib və Rumıniya hökumətinin
büdcə kəsirini azaltmaq istiqamətində atdığı addımlarla eyni vaxta
təsadüf edir.

Qeyd edilir ki, 2024-cü ildə kəsir 9 faizdən çox olub – bu,
Avropa İttifaqının 27 üzvü arasında ən yüksək göstəricilərdən
biridir.