“Qarabağ” – “Kopenhagen” oyununun biletləri satışa çıxarılır

Baş səhifə

Bakı. Trend:

“Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki
“Kopenhagen”lə ilk ev oyununa biletlər bu gün satışa
çıxarılacaq.

Klubun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, biletlər bu gün
saat 15:00-dan satışda olacaq.

Bildirilib ki, azarkeşlər iTicket.az mobil tətbiqi vasitəsilə
onlayn biletlərini əldə edə bilərlər.

Qeyd edilib ki, qiymətlərlə bağlı daha ətraflı məlumat sonrakı
elanlarda paylaşılacaq.

Həmçinin oyun öncəsi stadiondada bəzi yeniliklər edilib.




Belə ki, tribunalardakı bəzi sektorların yerləri və adları
dəyişdirilib.

VIP sektorlar:

Qubadlı VIP
Zəngilan VIP
Füzuli VIP
Cəbrayıl VIP
Xocalı VIP
Laçın VIP
Kəlbəcər VIP

VVIP sektorlar:

Ağdam VVIP
Şuşa VVIP
Xankəndi VVIP