Qərbi Azərbaycan İcması tərəfindən III Beynalxalq Konfrans öz işinə başlayıb

Baş səhifə

Bakı.Trend:

Qərbi Azərbaycan İcması tərəfindən “Mədəni və Qayıdış Hüququ
Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin
bərpası – ədalətə, barışığa və sülhə aparan yol kimi” mövzusunda
III Beynalxalq Konfrans keçirilir.

Trend xəbər
verir ki, bu konfrans mədəni irsin qorunması və dirçəldilməsini
ləyaqətli qayıdışın təminatı, həmçinin ədalət, barış və sülhə
aparan yol kimi müzakirə etməyi hədəfləyir.

Konfransın məqsədi qayıdış hüququnu mədəni irsin qorunması va
bərpası üçün əsas çərçivə kimi təsdiqləmək, Ermənistan ərazisində
Azərbaycan mədəni irsinin mövcud vəziyyətini qiymətləndirmək, irsin
qorunması və dirçəldilməsi üçün hüquqi, diplomatik və texniki
alətləri müəyyənləşdirmək, həmçinin
mədəni irsin bərpasını ədalət, barışığa va dinc birgəyaşayışa
aparan vasitə kimi təşviq
etməkdir.

Konfransda “Qayıdış hüququ və mədəni irs: “Hüquqi və mənəvi
əsaslar”, “Maddi irs: Qayıdışın fiziki təməllərinin qorunması”, “Qeyri-maddi irs: Qayıdışın canlı əsaslarının dirçəldilməsi”, “Beynəlxalq əməkdaşlıq: Qlobal dəstəyin səfərbər olunması”
panellərində 60-dan çox ölkədən gələn 100-dən artıq xarici qonaq və
yerli iştirakçılar müzakirələr aparacaq.

Xəbər yenilənəcək