Parisdə tüstü qumbarası polis əməkdaşlarının zəhərlənməsinə səbəb olub

Baş səhifə

Bakı. Trend:

Parisdə keçirilən təlim zamanı təlimatçının qapalı məkanda tüstü
qumbarasından istifadə etməsindən sonra ən azı iki Paris polisi
xəstəxanaya yerləşdirilib.

Trend xəbər verir
ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Hadisə yanvarın 9-da baş verib. Məlumata görə, təlimatçı
tabeliyində olan polis əməkdaşlarının stress şəraitində
performansını yoxlamaq məqsədilə onları çaşdırmaq istəyib. Lakin o,
istifadə edilən tüstü qumbarasının karbon qazı buraxdığını və bu
cür vasitələrin qapalı məkanlarda istifadəsinə ciddi məhdudiyyətlər
olduğunu nəzərə almayıb. Nəticədə, ən azı beş nəfər ciddi
zəhərlənmə alıb.




Nəşrin məlumatına görə, hadisədən sonra polis əməkdaşlarından
biri qan öskürüb və dərhal xəstəxanaya aparılıb. Təlimdən əvvəl
səhhətində yüngül problemlər olan digər bir polis isə bir neçə gün
sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin səbəbləri Fransa Milli Polisinin Baş Müfəttişliyi
tərəfindən araşdırılır.