Panamada güclü zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib.

ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların
episentri Pitaloza-Arriba yaşayış məntəqəsindən təxminən 10
kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələ paytaxt Panama Sitidə də güclü hiss olunub.




ABŞ-nin Sunami Xəbərdarlığı Mərkəzi Panama, Kolumbiya, Ekvador,
Nikaraqua və Qvatemala sahilləri üçün mümkün sunami təhlükəsi
barədə xəbərdarlıq yayıb.

Panamanın Mülki Müdafiə Xidməti episentrə yaxın bölgələrdə
mümkün dağıntıları araşdırır. Hələlik insan tələfatı və ciddi
dağıntılar barədə məlumat yoxdur.