Qaradağda palçıq vulkanı püskürüb

Baş səhifə

Bakının Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.

APA xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, vulkan püskürməsi noyabrın 25-də yerli vaxtla saat 14:06-da səkkiz vulkanətrafı rəqəmsal seysmik stansiya tərəfindən qeydə alınıb.

Bir fazadan ibarət olan püskürmə 15 dəqiqə davam edib.

Püskürmə zamanı ayrılan enerji 1,15×10⁷ coul təşkil edib.

Vulkan püskürməsi 2 kilometr dərinlikdə qeydə alınıb.