Mobil internetin sürətinə görə Azərbaycan dünyada 47-ci yerdədir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan mobil internetin orta yükləmə sürətinə görə dünyada
47-ci yerdə qərarlaşıb. Ölkədə bu göstərici 98,9 Mbit/s təşkil
edir.

“Visual Capitalist” nəşrinin dərc etdiyi reytinqə əsasən, mobil
internetin sürətinə görə, dünyada ilk sırada 681,1 Mbit/s göstərici
ilə Birləşmiş Ərəb Əmirlikləri qərarlaşıb. İkinci yerdə Qətər
(526,4 Mbit/s), üçüncü yerdə isə Küveyt (410,8 Mbit/s) yer
alıb.




Reytinqdə Gürcüstan 147,5 Mbit/s göstərici ilə 21-ci, Türkiyə
129,4 Mbit/s ilə 32-ci, Azərbaycan 98,9 Mbit/s ilə 47-ci,
Ermənistan isə 75,9 Mbit/s ilə 60-cı yerdədir.

Beləliklə, Azərbaycan mobil internetin orta yükləmə sürətinə
görə regionun qonşu ölkələri arasında Türkiyə və Gürcüstandan geri,
Ermənistandan isə öndə qərarlaşıb.