Növbəti köç karvanı Vəngli kəndinə çatıb

Baş səhifə
Növbəti köç karvanı Vəngli kəndinə çatıb

Ağdərə rayonuna yola salınan növbəti köç karvanı Vəngli kəndinə çatıb.

“Report”un Ağdərəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Vəngli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, bu mərhələdə kəndə 11 ailə (45 nəfər) köçürülüb.