
Bakı. Trend:
Ermənistanın Baş naziri Nikol Paşinyan 7 iyun 2026-cı ildə
ölkədə keçirilən parlament seçkilərində hakim Vətəndaş Müqaviləsi
Partiyasının qələbəsini elan etdi.
Trend xəbər verir ki, o, bu barədə seçkilərin nəticələri ilə
bağlı keçirilən brifinqdə jurnalistlərə bildirib.
Paşinyan çıxışında vurğuladı ki, əldə edilən nəticələr onun
siyasi qüvvəsinə ölkənin qanunverici orqanında mütləq əksəriyyəti
saxlamağa və koalisiya ittifaqlarının yaradılmasından yayınmağa
imkan verir.
“Vətəndaş Müqaviləsi Partiyası hökuməti təkbaşına
formalaşdıracaq. Bu müddət ərzində bizə inanan və bizi dəstəkləyən
tərəfdarlarımıza təşəkkür edirəm. Həmçinin şübhə ilə yanaşan, lakin
buna baxmayaraq bizi dəstəkləyənlərə – və xüsusən də – təşəkkür
edirəm. Bu, tarixi bir qələbədir. Şübhəsiz ki, Ermənistan
Respublikasının sabitliyini və gələcək inkişafını təmin edəcək
tarixi bir qələbə. Və əlbəttə ki, davamlı və institusional olaraq
təmin edilmiş bir sülhümüz olacaq”, – deyə Nikol Paşinyan
bildirib.

