Braziliyanın “Santos” klubunun futbolçusu Neymar menisk zədəsi aldığı üçün 2026-cı ilədək oyunlara çıxa bilməyəcək.
“Report” xəbər verir ki, bu barədə yerli “Globo” nəşri məlumat yayıb.
33 yaşlı hücumçu A Seriyasının XXXV turunda “İnternasional”la matç ərəfəsində sol dizində ağrı hiss edib və qarşılaşmanı buraxmaq məcburiyyətində qalıb.
Ulduz oyunçunun növbəti görüşdə sıraya dönəcəyi gözlənilsə də, zədəsi ciddi olub. Nəticədə Neymar A Seriyasında qalmaq uğrunda mübarizə aparan komandasına son üç matçda kömək edə bilməyəcək.
Qeyd edək ki, Neymarın “Santos”la müqaviləsinin müddəti cari ilin sonunda başa çatacaq.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

