Musiqi və incəsənət məktəblərinə müəllim qəbulu üzrə müsabiqə elan olunur

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində
fəaliyyət göstərən musiqi, incəsənət, bədii sənətkarlıq, rəssamlıq,
muğam və aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə
xüsusi müsabiqə elan olunur.

Trend
xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müsabiqə Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin 2024-cü il 5 aprel tarixli, 3-24/3-1-f-84/2024 nömrəli
əmri ilə təsdiq edilmiş “Müəllimlərin işə qəbulu və yerdəyişməsi
Qaydaları”na əsasən keçirilir.

Keçirilmiş attestasiya prosesində səs çoxluğu, yəni komissiya
üzvlərindən 2 nəfərin lehinə və 3 nəfərin əleyhinə səsverməsi ilə
tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər Nazirlik
tərəfindən təşkil edilən təlimlərdə iştirak edərək xüsusi
müsabiqəyə qatılmaqla yenidən pedaqoji fəaliyyətə qayıtmaq imkanı
əldə edirlər.




Qeydiyyat:
3–17 oktyabr 2025-ci il tarixlərində Dövlət İmtahan Mərkəzinin
portalında aparılacaq.

Ətraflı məlumat Mədəniyyət Nazirliyinin və Dövlət İmtahan
Mərkəzinin rəsmi saytlarında yerləşdirilib.

https://dim.gov.az/az/metbuat/xeberler/medeniyyet-nazirliyi-tabeliyinde-fealiyyet-gosteren-musiqi-incesenet-bedii-senetkarliq-ressamliq-mugam-asiq-mekteb-ve-merkezlerine-ise-qebul-ile-bagli-xususi-musabiqe-elan-edilir