“Mançester Yunayted” Rasmus Hoylundu “Napoli”yə satmaq niyyətindədir

Baş səhifə

Bakı. Trend:

“Mançester Yunayted” qış transfer pəncərəsində danimarkalı
hücumçu Rasmus Hoylundu “Napoli”yə satmağı düşünür.

Trend bu
barədə “Mirror”a istinadən xəbər verir.

Nəşrin məlumatına əsasən, ingilis klubu hücumçu üçün 38 milyon
funt sterlinq (43 milyon avro) almaq niyyətindədir.




Onun “Napoli” komandasına icarəyə verilməsi şərtlərinə 44 milyon
avroluq satın alma variantı daxildir, lakin “qırmızı şeytanlar”
müqaviləni ən qısa müddətdə yekunlaşdırmağa can atırlar. Danışıqlar
yaxın həftələrdə aparılacaq.

Bu mövsüm Hoylund klubda və Danimarka millisində 12 oyunda
səkkiz qol vurub və bir məhsuldar ötürmə edib. “Transfermarkt”
portalındakı məlumata görə, onun bazar dəyəri 45 milyon
avrodur.