“Neftçi” mövsümün ilk oyununda səfərdə “Sumqayıt”ı məğlub etdi

Baş səhifə

Bakı. Trend:

Misli Premyer Liqasında 1-ci turun növbəti qarşılaşması baş
tutub.

“Sumqayıt” doğma divarlar arasında “Neftçi”ni qəbul edib.

“SOCAR Polymer Arena”da keçirilən görüş paytaxt klubunun 3:1
hesablı qələbəsi ilə başa çatıb.




“Neftçi”nin heyətində 23 və 55-ci dəqiqələrdə Breno Almeyda
fərqlənib. 31-ci dəqiqədə Lyubomir Tupta rəqib qapısına yol tapıb. “Sumqayıt”ın tək qolunu isə 67-ci dəqiqədə Nadir Orucov vurub.

Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Turan
Tovuz” “Qəbələ”ni (1:0), “Sabah” “Kəpəz”i (2:0) məğlub edib. “Araz-Naxçıvan”-“İmişli” matçında hesab açılmayıb. Tura avqustun
17-də “Qarabağ”-“Şamaxı” matçı ilə yekun vurulacaq.