Lerikdə daha bir zəlzələ olub (YENİLƏNİB)

Baş səhifə

Bakı. Trend:

Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ qeydə alınıb.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin
Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yeraltı
təkanlar Lerik stansiyasından 16 kilometr şərqdə, yerli vaxtla saat
01:47-də baş verib.




Bildirilib ki, zəlzələnin ocağı 26 kilometr dərinlikdə
yerləşib.

Yeraltı təkanlar əhali tərəfindən hiss olunmayıb.