Latviya Ukraynaya yerli istehsal olan 21 Patria 6×6 zirehli döyüş maşını təhvil verəcək.
“Report” xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds bildirilib.
“Latviya istehsalı olan zirehli döyüş maşınlarının bağışlanması Ukraynanın müdafiəçilərinə əhəmiyyətli dəstək və sözügedən texnikaların gücünü və imkanlarını real döyüş şəraitində sınaqdan keçirmək üçün bir fürsətdir”, – deyə nazir vurğulayıb.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

