İtkin düşmüş azərbaycanlılar: onların hər birinin taleyi bilinməlidir

Baş səhifə

Bakı. Trend:

İtkin düşmüş insanlar haqqında danışanda adətən müharibələr,
fəlakətlər və böhranlardan sonra taleyi məlum olmayan adamlardan
söz gedir. Amma Azərbaycanda bu məsələ çoxdan sırf humanitar
xarakterini itirib. Bu, artıq milli kimliyin bir hissəsinə, ədalət
məsələsinə və tarixi həqiqətin sübutuna çevrilib. İtkin düşmüşlər –
otuz ildən artıqdır ki, ağrısı qaysaqlanmayan, amma emosiya ilə
deyil, faktlarla, texnologiyalarla və beynəlxalq əməkdaşlıqla
sağaldılmağa çalışılan bir yaradır.

Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəsmi məlumatına görə,
2025-ci ilin oktyabrına olan vəziyyətə əsasən, taleyi hələ də məlum
olmayan təxminən dörd min nəfər qeyd olunur. Onların uc mindən şoxu
hərbçi, yeddi yuzdən artığı isə qadınlar, uşaqlar və yaşlılar daxil
olmaqla, dinc əhalidir. Bu insanların demək olar ki, hamısı Birinci
Qarabağ müharibəsi illərində yoxa cıxıb, amma 2020-ci il
toqqusmalarının qurbanları arasında da yeni adlar var. Bu
siyahılardakı hər bir ad – sadəcə bir statistika deyil, bir insan
faciəsidir.

Ərazilərin erməni işğalından azad olunmasından sonra Azərbaycan
kütləvi ekshumasiyalar və şəxsiyyətin müəyyən edilməsi
istiqamətində geniş miqyaslı işlərə baslayıb. Indiyədək təxminən
səkkiz yuz nəfərə məxsus insan qalıqları tapılıb və çıxarılıb. 29
kütləvi məzar aşkarlanıb və orada istintaq qurumlarının iştirakı
ilə qazıntılar aparılıb. Bundan əlavə, azad olunmuş torpaqlarda
aparılan bərpa və tikinti işləri zamanı da bir neçə yüz sümük
qalıqları aşkarlanıb. Indiyə qədər ümumilikdə təxminən səkkiz yüz
cəsəd ekshumasiya olunub, onlardan 187 nəfərin şəxsiyyəti
müəyyənləşdirilərək dəfn edilib. Bu, çox böyük bir əməyin
nəticəsidir, amma ümumi itkinlərin yalnız kiçik bir hissəsini əhatə
edir.

Tapılan hər bir sümük fraqmenti – elmi və texniki baxımdan
nəhəng bir vəzifədir. Çünki çox vaxt sümüklər deformasiyaya
uğrayır, DNT zənciri məhv olur, qalıqlar bir yerdən digər yerə
dasınır. Bəzən bir insana məxsus qalıqlar bir neçə fərqli yerdə
tapılır. Belə hallarda genetik analiz yeganə etibarlı vasitə
sayılır. Bu səbəbdən Azərbaycan məhkəmə genetikası sahəsini fəal
inkişaf etdirir və beynəlxalq laboratoriyalarla əməkdasliq edir.
Fəqət uğur yalnız genetik məlumat bazası genişləndikcə mümkündür –
qohumların DNT nümunələri olmadan şəxsiyyətin müəyyənləşdirilməsi
qeyri-mümkündür. Hazırda bu bazalar yaradılır, amma proses vaxt,
resurs və ən əsası – ailələrin inamını tələb edir.

…Bu gün Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin
həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın
genişləndirilməsi” adlı beynəlxalq konfransda ağrı, umut və insan
həmrəyliyi dolu çıxışlar səsləndi. Fərqli ölkələrin nümayəndələrini
bir araya gətirən bu forumda vacib xəbər elan olundu: şəxsiyyəti
müəyyənləşdirilən daha 14 şəhidin adları ictimaiyyətə
açıqlanacaq.

Hərbi əsirlər, girovlar və itkin ddüşmüş vətəndaşlarla bağlı
Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirdi ki, identifikasiya
prosesi davam edir və bütün istintaq və hüquqi prosedurlar
tamamlandıqdan sonra daha 50 şəhidin adları açıqlanacaq. Onun
sözlərinə görə, bu iş son dərəcə mürəkkəbdir və yalnız ekspertiza
və laborator analizlərlə deyil, eyni zamanda ailələrlə sıx
əməkdaslıqla aparılır. Cünki hər müəyyənləşdirilən şəxs – itirilmiş
ümidin qaytarılması, illərlə gozləntilərin ədalətə çevrilməsi
deməkdir.

İtkin düşmüşlər mövzusu – müharibə yaşayan hər bir xalqda
sağalmayan bir yaradır. Ona görə də Bakıda keçirilən bu konfrans
sadəcə beynəlxalq tədbir deyil, illərlə cavab gozləmiş insanların
səslərini və talelərini birləşdirən məkan oldu.

Bosniya və Herseqovinadan olan itkin düşmüşlər ailəsinin
nümayəndəsi Mideta Kaloper də bu işin əhəmiyyətindən danışdı. Onun
sözlərinə görə, müharibədən 30 il keçməsinə baxmayaraq, minlərlə
bosniyalı ailə hələ də yaxınlarının taleyini bilmir. “Bizim ucun ən
vacibi onların taleyini oyrenmək, qalıqlarını tapmaqdır. Yalnız
bundan sonra ailələr təsəlli tapa bilər”, – deyə o vurğuladı. Onun
fikrincə, əsas amil – ailələr, dövlət qurumları və beynəlxalq
təşkilatlar arasında əməkdaslıqdır.

“Cavabları tapmaq yalnız birgə fəaliyyətlə mümkündür. Insanların
baxısları fərqli ola bilər, amma onlar ümumi məqsəd naminə
birləsməlidirlər”, – deyə Kaloper bildirib və əminliyini ifadə edib
ki, Azərbaycanda aparılan səylər digər ölkələr üçün də
nümunədir.

Beləliklə, minlərlə kilometr və onilliklərlə ayrılan faciələr
bir nöqtədə birləşdi – itənlərin adlarını, yaddaşını və sakitliyini
qaytarmaq istəyində. Baku bu gun elə bir məkan olub ki, burada
yalnız itkilərin ağrısı deyil, həm də inam səslənir: heç bir tale
unudulmayacaq, hər bir ailə həqiqət və vida haqqına sahib
olacaq.

Xüsusi əhəmiyyət daşıyan sənədlərdən biri də 2025-ci il avqustun
8-də Azərbaycanla Ermənistan arasında imzalanmış Vaşinqton
Bəyannaməsidir. Bu sənəddə ilk dəfə olaraq hər iki tərəfin itkin
düşmüş şəxslərlə bağlı əməkdaslıq etməyi oz üzərinə gotürməsi
təsbit olunub. Bəyannaməsi 9-cu maddəsi məhz bu istiqamətə həsr
olunub. Onilliklər boyu davam edən qarşıdurmadan sonra ilk dəfə
humanitar məsələ təkcə danışıqların predmeti deyil, həm də hüquqi
öhdəlik kimi rəsmiləşdirilib. 2025-ci ilin fevralında iki ölkənin
dövlət komissiyaları arasında ilk görüş keçirilib, məlumat
mübadiləsi aparılıb. Bu, ehtiyatlı, amma eyni zamanda normallaşmaya
doğru atılmış əhəmiyyətli bir addımdır – burada insan həyatı siyasi
terminologiyadan uca tutulur.

Bakıda keçirilən beynəlxalq konfransda iştirak edən müxtəlif
ölkə və təşkilat nümayəndələri də bu prosesin vacibliyini
vurğulayıblar. itkin düşmüş şəxslər uzrə Beynəlxalq Komissiyanın
baş direktoru Ketrin Bomberger qeyd edib ki, texnoloji və
qurumlararası əməkdaslıq olmadan real nəticələr əldə etmək
mümkünsüzdür. Onun sözlərinə gorə, yalnız genetik tədqiqatların,
ailələrlə sistemli işin və dövlətlərarası əlaqələrin uzvı
birləşməsi onilliklərdir taleyi naməlum olan şəxslərə adlarını
qaytara bilər.

Turkiyənin ədliyyə nazirinin muavini Hurşit Yıldırım isə
vurğulayıb ki, muasir texnologiyalar artıq əlavə vasitə deyil,
həyati zərurətdir. O, süni intellektin və yeni laboratoriya
standartlarının tətbiqini əhatə edən innovativ metodlardan istifadə
etməyə cagırıb.

Son illərdə Azərbaycan bu sahədə texnoloji yanaşmanın nümunəsinə
çevrilib. Axtarış və identifikasiya işlərində georadarlar, pilotsuz
aparatlar, peyk analiz sistemləri və rəqəmsal xəritələşdirmə
texnologiyaları tətbiq olunur. Coğrafi informasiya sistemləri
torpaq relyefində anomaliyaları – gizli məzarları və ya kütləvi
basdırma yerlərini müəyyən etməyə imkan verir. Süni intellekt isə
arxiv materiallarını və peyk şəkillərini analiz edərək ehtimal
olunan dəfn yerlərini proqnozlaşdırır. Bu metodlar, xüsusilə cətin
keçilən ərazilərdə, axtarışların effektivliyini xeyli artırır.

Bununla belə, problemin həlli yolunda hələ uzun məsafə qalır.
Prosesi ləngidən bir sıra manelər mövcuddur. Onlardan biri
Ermənistan tərəfindən təqdim edilən mina xəritələrinin məhdudluğu
və etibarsızlığıdır. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu
xəritələrin dəqiqliyi 25 faizdən artıq deyil, bu isə qazıntıların
aparılmasını təhlükəli edir və genişmiqyaslı minatəmizləmə tələb
edir. Digər bir problem – dağıdılmış arxivlər, qohumlara dair
məlumat bazasının tam olmaması və burokratik manelərdir. Bəzi
ailələr qohumluğu təsdiq edən sənədlərə malik deyil, bəziləri isə
xaricdə yaşayır, bu da DNT analizləri ucun nümunələrin toplanmasını
cətinləşdirir.

Bununla yanaşı, prosesin siyasi tərəfi də var. Postmüharibə
zonalarında hec bir humanitar təşəbbüs tamamilə siyasətdən kənar
qala bilmir. Əgər itkinlərin axtarışı diplomatik təzyiq aləti kimi
qəbul edilərsə, bu, butun mexanizmi qeyri-effektiv edər. Buna görə
də vacibdir ki, dövlət komissiyalarının işi siyasi gündəmdən
kənarda, sırf humanitar və hüquqi mahiyyət daşısın.

Azərbaycan bu prosesi institusionallaşdırmaq istiqamətində də
addımlar atır. Vahid məlumat bazasının yaradılması, prosedurların
standartlaşdırılması və beynəlxalq protokolların tətbiqi təkcə
texniki yeniləşmə deyil, həm də etimad sisteminin qurulmasıdır.
Məhz etimad – dövlətlər, ailələr və institutlar arasında – uğurun
əsas açarıdır. Etimad olmadan məlumatların ötürülməsi, nümunələrin
paylaşılması və birgə tədqiqatların aparılması mümkün deyil. Buna
görə də butun prosedurlar şəffaf olmalı, hesabatlar dərc edilməli,
ailələr və ictimaiyyət işlərin gedişi barədə davamlı
məlumatlandırılmalıdır.

İtkin düşmüş şəxslərin qohumları ilə iş ayrıca istiqamətdir. Bu
insanlar ucun gozlənti artıq həyat tərzinə çevrilib. Onlara yalnız
cavablar deyil, həm də diqqət, qayğı və prosesin bir hissəsi olmaq
imkanı lazımdır. Azərbaycan ailələrlə əlaqə mexanizmləri yaradır,
konsultasiyalar kecirir, genetik nümunələr toplayır, psixoloji
dəstək göstərir. Axı sonda söz statistika haqqında deyil – insan
yaddaşı, adların və talelərin qaytarılması haqqındadır. Hər tapılan
və identifikasiya olunan şəxs – bərpa olunmuş ədalətdir,
qaytarılmış ailə tarixidir, cəmiyyətin daxili sabitliyinə doğru bir
addımdır.

Azərbaycanın baxışına görə, itkin düşmüşlərlə bağlı məsələnin
həlli strateji əhəmiyyət də daşıyır. Bu, dövlətin mənəvi statusunu
gucləndirir, onun humanitar məsuliyyətini dünyaya gostərir. Eyni
zamanda bu, aqressiyanın nəticələrini sənədləşdirən, dinc əhaliyə
qarşı törədilən cinayətləri və yoxa cıxmaları hüquqi fakt kimi
təsdiqləyən mexanizmdir. Hər bir ekshumasiya olunan və
identifikasiya edilən insan – işğal altında yasanan illərin səssiz
şahididir. Beləcə, bu fəaliyyət təkcə humanitar deyil, həm də
tarixi-hüquqi missiyadır.