İtaliyada qar uçqunu nəticəsində azı üç xizəkçi həlak oldu

Baş səhifə

Bakı. Trend:

İtaliyanın şimalında, Cənubi Tirol və Lombardiya bölgələrində
trasdan kənar xizək sürən azı üç nəfər qar uçqunu nəticəsində həlak
olub.

Trend xəbər verir
ki, bu barədə Alp Xilasetmə Xidməti məlumat yayıb.

Məlumata görə, Dolomit Alplarında, Kortina-d’Ampetso
yaxınlığındakı Marmolada rayonunda qadınlar arasında dağ-xizək
idmanı üzrə yarışların keçirildiyi ərazidə iki qar uçqunu baş
verib. Hadisədən sonra xilasedicilər Marmolada massivində, 3 300
metr hündürlükdə yerləşən Punta-Rokka zirvəsində trasdan kənara
çıxan bir kişinin meyitini tapıblar.




Daha iki xizəkçi Bormiodan təxminən 65 km şərqdə, Valtellinanın
aşağı vadisindəki Albozaciya kəndində trasdan kənar ərazidə həlak
olub.

Alp Xilasetmə Xidməti Cənubi Tirolda mümkün dördüncü qurban
barədə hələ təsdiqləmə verilmədiyini bildirib. Yerli medianın
məlumatına görə, orada uçqun nəticəsində xəsarət alan bir kişi
xəstəxanada vəfat edib.