
ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il futbol üzrə dünya
çempionatının 1/8 final mərhələsinin son matçında İsveçrə və
Kolumbiya milli komandaları bir-birinə rəqib olub.
Qarşılaşma Kanadanın Vankuver şəhərində yerləşən “BC Place”
stadionunda baş tutub. Oyunu salvadorlu baş hakim İvan Barton idarə
edib. Matçın əsas və əlavə vaxtı qolsuz bərabərliklə (0:0) başa
çatıb. Penaltilər seriyasında isə İsveçrə millisi 4:3 hesabı ilə
qalib gələrək 1/4 finala yüksəlib.
İsveçrə millisi 1/4 finalda Argentina yığması ilə qarşılaşacaq.
Oyun iyulun 12-də ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində
yerləşən “Arrowhead” stadionunda Bakı vaxtı ilə saat 05:00-da
başlayacaq.
1/4 final mərhələsində keçiriləcək oyunlar və qarşılaşmaların
başlama vaxtları aşağıdakı kimidir:
10 iyul
00:00. Fransa-Mərakeş
23:00. İspaniya-Belçika
12 iyul
01:00. Norveç- İngiltərə
05:00. Argentina-İsveçrə

