İsrail ordusu Livanda “Hizbullah”ın üç üzvünü əsir götürdüyünü bildirib

Baş səhifə

Bakı. Trend:

İsrail ordusu “Hizbullah” təşkilatının silahlı birləşmələrinin
üç üzvünü əsir götürüb.

Trend-in
məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti
bildirib.




Məlumata əsasən, bu, Livanın cənubundakı Bint-Cbeyl şəhəri
yaxınlığında baş verən döyüş zamanı baş verib. Ordu bildirib ki,
toqquşmadan sonra “Hizbullah”ın üç üzvü silahlarını yerə qoyub
İsrail qüvvələrinə təslim olub.

Bildirilib ki, hər üçü daha sonra dindirilmək üçün İsrail hərbi
qüvvələrinə təhvil verilib.