
Bakı. Trend:
İraqın təhlükəsizlik qüvvələri qonşu ölkəyə pilotsuz uçuş
aparatları ilə hücum hazırlayan hərbiləşdirilmiş qruplaşmalardan
birinin tərəfdarlarından ibarət qrupu saxlayıb.
Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Telekanalın mənbələrinin məlumatına görə, “Babil əyalətində
hərbiləşdirilmiş qruplaşmalardan birinə mənsub üç nəfərdən ibarət
qrup saxlanılıb”. Bildirilir ki, onların üzərindən “İraq
hüdudlarından kənarda hücumlar həyata keçirmək üçün hazırlanmış ən
müasir modifikasiyalı bir neçə PUA” aşkarlanaraq götürülüb.
Mənbələrin iddiasına görə, saxlanılan qrup “döyüş PUA-larının
hazırlanması üzrə iranlı mütəxəssislərlə əlaqəli olub”.

