İran qonşu ölkələrlə səmimi əlaqələr qurmağa hazırdır – Xamenei

Baş səhifə

Bakı. Trend:

İran bütün qonşu ölkələrlə qarşılıqlı səmimi əlaqələr qurmağa
tam şəkildə hazırdır.

Trend-in
məlumatına görə, bunu İranın Ali Lideri Müctəba Xamenei İran
vətəndaşlarına müraciətində deyib.

Onun sözlərinə görə, İranın 15 qonşu ölkə ilə quru və ya su
sərhədi var. Buna əsasən İran bütün qonşu ölkələrlə konstruktiv
əlaqələr qurmağa səy göstərib və göstərir.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.




İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.