İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə tərəfdaşlıq müzakirə olunub

Baş səhifə

Bakı. Trend:

İqtisadiyyat Nazirliyində Dünya Bankının nümayəndələri ilə
keçirilən görüşdə birgə layihələrin icra vəziyyəti müzakirə
edilib.

Trend xəbər verir ki,
İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və
Mərkəzi Asiya regionunun infrastruktur sahəsi üzrə regional
direktoru Çarlz Kormiyer və Cənubi Qafqaz üzrə regional direktoru
Rolande Prays ilə görüşüb.




Görüşdə Azərbaycanın Dünya Bankı ilə səmərəli əməkdaşlıq həyata
keçirdiyi vurğulanıb. Bankın ölkə iqtisadiyyatının müxtəlif
sahələrində göstərdiyi dəstəyin əhəmiyyəti qeyd olunub.

Tərəflər birgə layihələrin icra vəziyyətini dəyərləndiriblər.
Şəhərsalma sektoru üzrə həyata keçirilən təşəbbüslər, Orta Dəhlizin
regional perspektivləri, şəhər mobilliyi, bərpa olunan enerji və
yaşıl iqtisadiyyata keçid təşəbbüslərinə dəstək imkanları nəzərdən
keçirilib.