Bakı. Trend:
İngiltərə futbol təşkilatları ölkə çempionatlarının oyunlarından
əvvəl yalnız futbolla bağlı hadisələr səbəbindən bir dəqiqəlik
sükut elan edilməsinə qərar veriblər.
Trend “The Times”
nəşrinə istinadən xəbər verir ki, yeni qaydalar monarxın ölümü kimi
milli əhəmiyyətli hadisələrə şamil olunmayacaq.
Bundan əlavə, irqçiliklə mübarizə kampaniyaları çərçivəsində
futbolçuların diz çökmək kimi təşəbbüsləri də təşkilatlar
tərəfindən tənzimlənməyəcək.
Qeyd olunur ki, əvvəlki qaydalara əsasən, klublar futbolla
əlaqəsi olmayan yerli hadisələrə reaksiya vermək barədə qərarı
müstəqil şəkildə qəbul edə bilirdilər.

