Bakı. Trend:
İndoneziyanın Sumatra adasında güclü daşqınlar və torpaq
sürüşmələri nəticəsində həlak olan insanların sayı 84 nəfərə çatıb.
Onlarla insan itkin düşmüş hesab olunur.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Qeyd edək ki, İndoneziyanın Sumatra bölgəsində leysan yağışlar
ötən həftənin sonlarından bəri davam edir.
İzafi suların yaratdığı sel dəmir yollarına, avtomagistrallara
və ümumilikdə infrastruktura ciddi ziyan vurub, xilasedicilərin
fəlakət zonasındakı rayonlara daxil olmasını çətinləşdirib.

