İmişlidə toyda kütləvi zəhərlənmə olub, 18 nəfər xəstəxanaya aparılıb.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Muradxanlı kəndində qeydə alınıb.
Toy mərasimində zəhərlənən 18 nəfər rayon xəstəxanasına müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

