Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

Baş səhifə

Bakı. Trend:

Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə
Konfederasiyasının Federal Şurasının üzvü və Xarici İşlər üzrə
Federal Departamentin rəhbəri İqnatsio Kassis ilə görüşüb.

Bu barədə Xarici İşlər Nazirliyi “X” sosial şəbəkədə paylaşım
edib.

Bildirilib ki, tərəflər Azərbaycan-İsveçrə münasibətlərinin
mövcud vəziyyəti və perspektivlərini müzakirə edərək, müntəzəm
siyasi dialoqun davam etdirilməsinin və ikitərəfli əməkdaşlığın
daha da gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələləri
ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər davamlı qarşılıqlı əlaqələrin və konstruktiv beynəlxalq
əməkdaşlığın əhəmiyyətini qeyd ediblər.