Mahir Emreli “Rakuv”da 3-cü qolunu vurub

Baş səhifə

Bakı. Trend:

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv”
klubunda növbəti dəfə fərqlənib.

29 yaşlı hücumçu UEFA Konfrans Liqasının pley-off mərhələsində
Xorvatiyanın “Hayduk” komandasına qarşı keçirilən səfər oyununda
komandasının bərabərlik qolunu vurub.

Mahir Emreli start heyətdə meydana çıxıb və görüşün 27-ci
dəqiqəsində rəqib qapısına yol tapıb.




Hazırda davam edən qarşılaşmanın ilk hissəsində hesab
1:1-dir.

Bu, Azərbaycan millisinin hücumçusunun “Rakuv”un heyətində 3-cü
qolu olub.