Bakı. Trend:
“Hizbullah” silahlı qruplaşması bildirib ki, onun döyüşçüləri
qarşı tərəfin atəşkəs rejimini pozmasına cavab olaraq sutka ərzində
İsrail qoşunlarına qarşı 28 silahlı əməliyyat həyata
keçiriblər.
Trend-in məlumatına görə, bu barədə “Hizbullah” “Telegram”
kanalında bildirib.
“İslam müqaviməti dəstələri Livan ərazisində fəaliyyət göstərən
işğalçı qüvvələrə qarşı 28 əməliyyat keçirib. Əməliyyatlar zamanı
onlar iki dəfə Bint-Cübeyl bölgəsinin Dibl qəsəbəsində yerləşən
401-ci zirehli briqadanın qərargahını, həmçinin Deyr-Siryan,
Əl-Bəyyad və Əl-Kouzahda düşmən əsgərlərinin komanda məntəqələrini
və cəmləşdiyi əraziləri atəşə tutublar”, – deyə açıqlamada qeyd
olunub.
Bildirilib ki, döyüşçülər Səidə və Nabatieh arasında kəşfiyyat
uçuşları həyata keçirən İsrailə məxsus Hermes 450 pilotsuz uçuş
aparatına zenit raketi atılıb və onu sərhədə qayıtmağa məcbur
edib.

